Gəncə-Göygöl yolunda yol qəzası baş verib, xəsarət alan var

Gəncə-Göygöl yolunda yol qəzası baş verib, xəsarət alan var
# 24 fevral 2014 13:30 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə-Göygöl yolunda baş verən qəzada bir nəfər ağır yaralanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində baş verib. Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə, Göygöl rayon sakini, 1987-ci il təvəllüdlü Eldəniz Rəhimovun idarə etdiyi “VAZ 21015” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Eldəniz Rəhimov ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürətlə hərəkət edən “VAZ 21015” markalı avtomobilin ”Ford”un qarşısına çıxması olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR