Krım Tatar Məclisinin sədri: “Biz referendumu tanımırıq, Qərb Ukraynanın ərazi bütövlüyünün müdafiəsi üçün təcili addımlar atmalıdır” - VİDEO

Krım Tatar Məclisinin sədri: “Biz referendumu tanımırıq, Qərb Ukraynanın ərazi bütövlüyünün müdafiəsi üçün təcili addımlar atmalıdır” - <span style="color: red;">VİDEO
# 06 mart 2014 14:13 (UTC +04:00)

APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bunu Krım Tatar Məclisinin sədri Refat Çubarov Ukrayna telekanallarına müsahibəsində deyib. O bildirib ki, Krım parlamentində Rusiyaya birləşmək barədə qərarı ağılsızlar qəbul edib: “Onlar əvvəlcə Rusiyanın tərkibinə daxil olmaq barədə qərar verirlər, daha sonra isə bu barədə referendum təyin edirlər. Ukraynada yerli referendumlar barədə qanun yoxdur, bu qərar absurddur. Krım tatarları işğal şəraitində keçiriləcək hər hansı referendumu tanımır. İndi çox vacibdir ki, biz beynəlxalq ictimaiyyətin hansı qərarları qəbul edəcəyini görək. Proseslər inanılmaz bir sürətlə faciəyə doğru irəliləyir”.

R. Çubarov qeyd edib ki, Krım tatarları digər etnik qruplarla birlikdə təxribata uymamağa və sabitliyi qorumağa çalışır: “Biz sakitliyi saxlamaq və burdakı orduya qarşı aqressiya kimi qiymətləndiriləcək addımlardan çəkinməyə çalışırıq. Başa düşürük ki, qarşı tərəf geniş miqyaslı provokasiya törətmək fikrindən daşınmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR