Ekologiya və təbii sərvətlər naziri Qusarda vətəndaşları qəbul edib - FOTO

Ekologiya və təbii sərvətlər naziri Qusarda vətəndaşları qəbul edib  - <span style="color: red;">FOTO
# 01 iyul 2014 09:49 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Qusarda vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəbulda Qusarla yanaşı, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar da iştirak ediblər.

Nazirliyin məsul işçilərinin - idarə və departamentlərin, həmçinin tabeli qurumların iştirak etdiyi qəbulda işlə bağlı, cərimələr, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, eləcə də biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı 50-dən çox vətəndaşın şikayət və təklifləri dinlənilib.

Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb və müraciətlərin operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib. Digər müraciətlərin araşdırılaraq həll edilməsi üçün tapşırıqlar verilib. Nazirliyə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR