Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyasının açılışı olub

Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyasının açılışı olub
# 24 fevral 2014 08:54 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) növbəti qış sessiyasının açılışı keçirilib. APA-nın məlumatına görə, sessiyanın açılış mərasimində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, NATO ilə Azərbaycan arasında əlaqələndirici funksiyasını yerinə yetirən Rumıniyanın Bakdakı diplomatik missiyasının rəhbəri, səfir Daniel Kristian Çiobanu və Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyalarının nümayəndələri iştirak ediblər.

Sessiyanın əsas mövzusu Vilnüs sammitindən sonra “Şərq tərəfdaşlığı” proqramının perspektivlərinin müzakirəsidir. İştirakçılar bölgənin tarixi keçmişi və hazırkı geosiyasi vəziyyətini, AB-nin siyasətini müzakirə edəcəklər. Sessiya fevralın 28-nə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR