AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu bəzi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu bəzi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
# 24 fevral 2014 16:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu bəzi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, vakant yerlər “Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses” şöbəsi üzrə baş elmi işçi - 1 yer, “Politologiya və siyasi sosiologiya” şöbəsi üzrə aparıcı elmi işçi - 1 yer, “Cinayət hüququ və cinayət prosesi” şöbəsi üzrə aparıcı elmi işçi - 1 yerdir.

Müsabiqədə elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətində müvafiq ünvana göndərilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR