Kazan-Bakı aviareysi ləngiyir

Kazan-Bakı aviareysi ləngiyir
# 04 mart 2014 07:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün səhər saatlarında Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən Bakıya yerinə yetirilməli olan aviareys ləngiyir.

Heydər Əliyev Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, Kazanın «Ak Bars Aero» aviaşirkətinin saat 09:30-da Bakıya gəlməsi planlaşdırılan BG-551 nömrəli reys qrafik cədvəlinə uyğun yerinə yetirilməyib. Təyyarənin gecikmə səbəbi isə məlum deyil.

Qeyd edək ki, bu istiqamətdə uçuşlar həftənin II günləri saat 09:30-da və IV günlər saat 16:30-da yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR