Bakıda Liviyanın müstəqillik əldə edilməsinin 62-ci və 17 Fevral inqilabının 3-cü ildönümü qeyd edilib - FOTOSESSİYA

Bakıda Liviyanın müstəqillik əldə edilməsinin 62-ci və 17 Fevral inqilabının 3-cü ildönümü qeyd edilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 fevral 2014 17:49 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bakıda Liviyanın müstəqillik əldə edilməsinin 62-ci və 17 Fevral inqilabının 3-cü ildönümü qeyd edilib.

APA-nın məlumatına görə, Bakıda akkreditə olunmuş səfirlərin, ictimai xadimlərin, millət vəkillərin iştirak etdiyi tədbir Azərbaycan və Liviyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Abdalrzak Şakaxi bildirib ki, 3 il bundan əvvəl Liviya xalqı avtoritar rejimindən qurtularaq, sosial və iqtisadi inkişafa imza atıb: "Yeni Liviya bütün dünya qarşısında şücaət göstərərək, demokratiyanın bərqərar olmasına addımlar atıb. Bu gün yeni Liviya qardaş Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir. Azərbaycan xalqına uğurlar arzu edirəm və Liviyanın və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizə uca Allahdan rəhmət olsun deyirəm".

Daha sonra çıxış edən iqtisadiyyat və sənaye nazirin müavini Niyazi Səfərov Azərbaycan rəhbərliyi adından Liviya xalqını müstəqillik günü və inqilabının ildönümü ilə bağlı təbriklərini çatdırıb. O qeyd edib ki, iki ölkə arasında diplomatik əlaqələr 20 il bundan əvvəl qurulub və ölkələr arasında imzalanan sənədlər hüquq bazasının formalaşmasına töhfə verib. Nazir müavini vurğulayıb ki, Liviya Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəstəkləyir. Ölkələr arasında iqtisadi əlaqələrə toxunan nazir müavini qeyd edib ki, Liviya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 17 faiz artıb. N.Səfərov onu da qeyd edib ki, bu əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanlar var. Bu mənada N.Səfərov hökumətlərarası komissiyaların iclaslarının keçirilməsinin vacibliyini vurğulayıb.

Sonda Liviya milli bayramı ilə əlaqədar bayram tortu kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR