Bank Of Baku

“Borussiya” futbolçusunu 20 milyon avroya satıb

“Borussiya” futbolçusunu 20 milyon avroya satıb
# 03 yanvar 2020 12:14 (UTC +04:00)

Almaniyanın “Borussiya” klubunun futbolçusu Yulian Vayql Dortmund təmsilçisini tərk edib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.

24 yaşlı futbolçu Lissabon 4,5 illik müqavilə imzalayıb. O, 2024-cü ilin yayına qədər “Benfika”nın şərəfini qoruyacaq.

Portuqaliya təmsilçisi bu transferə görə “Borussiya”ya 20 milyon avro ödəyib. Y.Vayql 2015-ci ilin yayında “Münhen-1860”dan Dortmund klubuna cəmi 2,5 milyon avroya keçmişdi.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə üst-üstə 20 oyun keçirib və 1 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR