Bank Of Baku

“Mançester Yunayted” 20 yaşlı yarımmüdafiəçi alır

“Mançester Yunayted” 20 yaşlı yarımmüdafiəçi alır
# 30 dekabr 2019 17:35 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Jadson Fernandeşi transfer etmək niyyətindədir.

Böyük britaniyalılar 20 yaşlı futbolçunu artıq qış fasiləsində heyətinə qatmaq əzmindədir. Yarımmüdafiəçinin nümayəndələri artıq Mançesterə yollanıblar.

Portuqaliyalılar futbolçunu sonradan 40 milyon avroya transfer etmək şərtilə icarəyə vermək istəyir.

Qeyd edək ki, İtaliyanın “Milan” klubu da portuqaliyalının xidmətində maraqlı olsa da, “Benfika” bu təkliflə razılaşmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR