Bank Of Baku

"Peruca"da oynayan azərbaycanlı: “Əsas komandaya düşmək üçün əlimdən gələni edəcəm”

"Peruca"da oynayan azərbaycanlı: “Əsas komandaya düşmək üçün əlimdən gələni edəcəm”
# 29 dekabr 2019 16:21 (UTC +04:00)

"Bakıya istirahətə gəlmişəm. Bir həftə sonra tətil başa çatacaq və İtaliyaya qayıdacam".

Bunu apasport.az saytına İtaliyanın "Peruca" klubunun 16 yaşadək futbolçulardan ibarət komandasının üzvü Raul Yaqubov deyib.

Yayda Peruca təmsilçisinə keçən forvard legioner həyatı barədə danışıb. O bildirib ki, komandanın heyətində 5 oyuna dörd qol vurub: “Çalışdırıcımız mənə güvənməyə başlayıb, şans verir. Əsas heyətə düşməyin çətin olduğunu deməliyəm. Komandada 6 məşqçi var, hamısı da italiyalıdır. Legionerlərə gəlincə, sayımız üçdür. Rəqabət böyükdür. Hazırda U-16 komandalarının A seriyasında ikinci pilləsindəyik. "Peruca"nın əsas komandasına düşmək üçün əlimdən gələni edəcəm".

Azərbaycanın U-16 millisində də oynayan Yaqubov gələcəkdə əsas komandada mübarizə aparmaq şanslarından da danışıb: "Yığmamızın çıxışını izləyirəm. Komandamızı bəyənirəm, daha çox Ramil Şeydayevin oyununu xoşlayıram. "Peruca" ilə 2+1 il müqavilə imzalamışam. Hər zaman Azərbaycan millisi üçün oynamaq istəyirəm. Dəvət isə məşqçilərin qərarından asılıdır. Azərbaycan və İtaliya futbolu arasında əlbəttə ki, fərqlər var. Əsas odur ki, bu idman növü bizdə də inkişaf edir. Ümidvaram ki, gələcəkdə həm Azərbaycanın əsas millisi, həm də "Peruca"nın əsas komandasında oynayacam".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR