Bank Of Baku

“Qalatasaray” uruqvaylı müdafiəçini icarəyə götürüb

“Qalatasaray” uruqvaylı müdafiəçini icarəyə götürüb
# 30 dekabr 2019 12:37 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubu qış fasiləsində transfer çalışmalarına start verib.

Apasport.az saytının məlumatına görə, İstanbul klubu uruqvaylı müdafiəçi Marselo Saraççini heyətinə qatıb.

Almaniyanın “Leypsiq” klubunun futbolçusu 1,5 illik icarəyə götürülüb. 25 yaşlı uruqvaylı sol cinah müdafiəçisi Yuto Naqotomonun gedişindən sonra onun mövqeyində çıxış etməlidir.

Qeyd edək ki, M.Saraççi 2018-ci ilin yayında Argentinanın “River Pleyt” klubundan “Leypsiq”ə 12 milyon avroya transfer olunub. O, cari mövsümdə cəmi 4 oyunda iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR