Bank Of Baku

“Qəbələ” “Sumqayıt”dan ayrılan yarımmüdafiəçi ilə müqavilə imzalayıb

“Qəbələ” “Sumqayıt”dan ayrılan yarımmüdafiəçi ilə müqavilə imzalayıb
# 07 yanvar 2020 15:56 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ikinci yarısına hazırlıqlarını davam etdirən “Qəbələ” ilk qış transferini rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” “Sumqayıt”dan ayrılan Ehtiram Şahverdiyevi heyətinə qatıb. 

23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Ehtiram üç illik fasilədən sonra sabiq komandasına qayıdıb. 

Qeyd edək ki, 2015/16 mövsümündə “Qəbələ”də 2 matç keçirən E.Şahverdiyev 2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR