Bank Of Baku

İngiltərə çempionatında 0:9 hesabı ilə uduzan komanda bir günlük maaşını xeyriyyə fonduna köçürəcək

İngiltərə çempionatında 0:9 hesabı ilə uduzan komanda bir günlük maaşını xeyriyyə fonduna köçürəcək
# 28 oktyabr 2019 12:38 (UTC +04:00)

İngiltərənin “Sauthempton” klubunun məşqçi və futbolçu heyətinin maaşlarının bir hissəsi xeyriyyə fonduna köçürüləcək.

APA-nın məlumatına görə, bu barədə qərar Premyer Liqanın X turunda “Lester”ə 0:9 hesablı məğlubiyyətdən sonra verilib.

Vəsait Müqəddəslər Fonduna köçürüləcək. Komanda üzvləri bu məqsədlə bir günlük maaşlarından keçəcək. Onlar matçın baş tutduğu oktyabrın 25-i üçün pul almamağa qərar veriblər.

Qeyd edək ki, “Lester”in 9:0 hesablı qələbəsi İngiltərə çempionatlarının tarixində yüksək dəstələrdə ən fərqli səfər qalibiyyəti olub. “Sauthempton” isə öz tarixində ən ağır məğlubiyyətə üzülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR