Abşeron rayon sakini evin damından yıxılaraq ölüb

Abşeron rayon sakini evin damından yıxılaraq ölüb
# 12 oktyabr 2015 10:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron rayon sakini evin damından yıxılaraq ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 10-da Abşeron rayonunun Qobu qəsəbəsindəki evlərdən birində təmir işləri aparan qəsəbə sakini İlham Əliyarov evin damından yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR