Bank Of Baku

AFFA-nın növbədənkənar Konfransının gündəliyi açıqlanıb

AFFA-nın növbədənkənar Konfransının gündəliyi açıqlanıb
# 07 yanvar 2020 09:27 (UTC +04:00)

Sabah AFFA-nın növbədənkənar Konfransı keçiriləcək.

Apasport.az saytının məlumatına görə, tədbir “Bulvar otel”də baş tutacaq.
 
Konfrans saat 10:00-da başlayacaq. Artıq Konfransın gündəliyi də açıqlanıb.

Yığıncaqda əsas məsələ AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılmasıdır.

Yığıncaqda həmçinin digər məsələlər də müzakirə olunacaq.
 
Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il 13 dekabr tarixli iclasında qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR