Bank Of Baku

Azərbaycanlı qapıçı Şotlandiya klubunun maraq dairəsinə düşüb

Azərbaycanlı qapıçı Şotlandiya klubunun maraq dairəsinə düşüb
# 06 fevral 2020 17:04 (UTC +04:00)

Azərbaycan millisinin qapıçısı Emil Balayev karyerasını Şotlandiyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, "Tobol"dan ayrılan qolkiper "Harts" klubunun maraq dairəsindədir.

Komandanın son vaxtlar Premyer Liqa matçlarında çox qol buraxması baş məşqçi Daniel Stendeli narahat edir. Xüsusən də, son iki görüşdə qapısında 6 top görən Joel Pereyranın çıxışı məşqçilər korpusunu qane etmir. Rəhbərlik ötən ay "Seltik"dən Kreyq Qordonu transfer edə bilmədiyindən, diqqəti azad agent statusu daşıyan qapıçılara yönəldib.

Britaniya mətbuatı "Harts"ın hazırda maraq dairəsində olan 4 belə oyunçunun adını yayıb ki, onlardan biri də Balayevdir. Şotlandlar həm Emil, həm də Ben Alnvik, Emiliano Viviano və Tayler Deriklə danışıqlar aparırlar. Adıçəkilən 4 qapıçıdan birinin tezliklə heyətə cəlb olunması gözlənilir.

Qeyd edək ki, Emil Balayevin "Tobol"la müqaviləsinə ötən ay ikitərəfli razılıqla xitam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR