ABŞ-da yanğınlar nəticəsində 3 minə yaxın adam evsiz qalıb

ABŞ-da yanğınlar nəticəsində 3 minə yaxın adam evsiz qalıb
# 24 sentyabr 2015 04:29 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının vurduğu ziyan yüz milyon dollarlarla ölçülür.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sentyabrın 12-dən Leyk, Napa və Sonopa dairələrində tüğyan edən güclü yanğınlar 28,4 min hektarı əhatə edib.

İlkin hesablamalara əsasən, yanğın 1 238 yaşayış evi daxil olmaqla 1 900 tikilini məhv edib, 3 minə yaxın adam evsiz qalıb. Sentyabrın 23-də Kobb yaşayış məntəqəsində, yanıb külə dönmüş evlərin birində naməlum kişi cəsədi aşkarlanıb. O, təbii fəlakətin sayca 6-cı qurbanı olub. Daha 3 nəfər itkin düşmüş hesab edilir.

Qeyd edək ki, prezident Barak Obama iKaliforniyanın şimalını təbii fəlakət zonası elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR