Bank Of Baku

İspaniya Superkubokunun finalında Madrid derbisi olacaq

İspaniya Superkubokunun finalında Madrid derbisi olacaq
# 10 yanvar 2020 00:54 (UTC +04:00)

İlk dəfə yeni formatda keçirilən İspaniya Superkubokunda yarımfinal mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, dörd komandanın iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilən yarışın ikinci finalçısı “Barselona” və “Atletiko” arasında matçda müəyyənləşib.

Ötən mövsümün çempionu və kubokun finalçısı olan Kataloniya klubu La Liqanın gümüş mükafatçısı ilə bacarmayıb. Bütün qolların ikinci hissədə vurulduğu görüşdə hesabı madridlilər açıb. Bundan sonra oyunda dönüş yaradan “Barselona” 2 qol vursa da üstünlüyünü qoruya bilməyib. Matçın sonunda hesabı xeyrinə dəyişən “Atletiko” finala yüksəlib.

Yanvarın 12-də baş tutacaq həlledici matçda Madrid derbisi baş tutacaq. “Atletiko” digər paytaxt klubu “Real”la üz-üzə gələcək.

Qeyd edək ki, bir gün əvvəl keçirilən ilk yarımfinalda bürünc mükafatçı “Real” kubokun sahibi “Valensiya”ya 3:1 hesabı ilə qalib gəlib.

İspaniya Superkuboku
Yarımfinal
9 yanvar
“Barselona” – “Atletiko” – 2:3

Messi, 51, Qrizmann, 62 – Koke, 46, Morata, 81 (pen.), Korrea, 86

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR