Güclü külək Gəncə və Şəmkirdə fəsadlar törədib

Güclü külək Gəncə və Şəmkirdə fəsadlar törədib
# 22 aprel 2016 08:28 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Ötən gecədən başlayaraq qərb bölgəsində əsən güclü külək Gəncə şəhərində bir sıra fəsadlar törədib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin 4-cü mikrorayonunda 5 mərtəbəli binanın dam örtüyünü külək uçurub. Bundan başqa, Nəriman Nərimanov prospektində də yaşayış evinin dam örtüyü dağılıb. Şəhərin bəzi yerlərində ağaclar aşaraq elektrik naqillərini qırıb, bir necə dirək aşıb.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini, Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov bildirib ki, səhər saatlarından başlayaraq təbii fəlakətin törədiyi fəsadların aradan qaldırılmasına başlanılıb.

Güclü külək Şəmkir rayonunda da fəsadlar yaradıb. Məlumata görə, rayon mərkəzində və bir neçə kənddə elektrik naqilləri qırılıb və enerji təchizatında fasilələr yaranıb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR