Bank Of Baku

Kriştianu Ronaldo son onilliyin bombardiri olub

Kriştianu Ronaldo son onilliyin bombardiri olub
# 30 dekabr 2019 10:50 (UTC +04:00)

UEFA-nın bayrağı altında keçirilən yarışlarda onilliyin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2010-19-cu illərdə ən çox qol vuran futbolçu Kriştianu Ronaldodur.

Portuqaliya millisinin, həmçinin İtaliya “Yuventus”u və İspaniya “Real”ının heyətində keçirdiyi 10 ildə hücumçu 145 qol vurub. Bunlardan 107-si Çempionlar Liqası, 2-si UEFA Superkuboku, 6-sı Avropa Çempionatı, 3-ü Millətlər Liqası, 27-si seçmə mərhələlərdə vurulub. 

2-ci sırada qərarlaşan Robert Lavandovskinin hesabında 101 qol var. O, Polşa millisi ilə Almaniya klubları “Borussiya” (Dortmund) və “Bavariya”da fərqlənib.

İspaniya “Barselona”sının argentinalı futbolçu Lionel Messi 99 qolla 3-cüdür.

İlk “beşlik”də iki qadın futbolçu da yer alıb. Norveçli Ada Heqerberq 80, Eugen Le Sommer 65 qola sevinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR