Bank Of Baku

Olivye Jiru “İnter”lə anlaşıb

Olivye Jiru “İnter”lə anlaşıb
# 10 yanvar 2020 10:50 (UTC +04:00)

İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçu Milanın “İnter” klubu ilə anlaşıb.

33 yaşlı fransalı mövsümün sonunda azad agent kimi də İtaliya təmsilçisinə keçə bilər. Lakin tərəflər keçidi yanvarda həll olunmasını istəyir. O.Jiru da bu məqsədlə milanlılarla 2,5 illik razılıq əldə edib.

Transferin gerçəkləşməsi üçün iki klub arasında da razılıq olmalıdır. “Çelsi” hücumçunun satışından 8-10 milyon avro qazanmaq niyyətindədir. “İnter” isə 4-5 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, O.Jiru cari mövsüm Premyer Liqada 5 matç keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR