Azərbaycan prezidenti Norveç kralını təbrik edib

Azərbaycan prezidenti Norveç kralını təbrik edib
# 16 may 2016 16:37 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Norveç kralı V Haraldı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR