Türk hakerlər Rusiya rabitə nazirinin “Instagram” səhifəsini dağıdıblar

Türk hakerlər Rusiya rabitə nazirinin “Instagram” səhifəsini dağıdıblar
# 03 yanvar 2016 02:58 (UTC +04:00)

Bakı-APA. Türk hakerlər Rusiya rabitə naziri Nikolay Nikiforovun “Instagram” səhifəsini dağıdıblar. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, nazirin sosial şəbəkədəki səhifəsində dərc olunan məlumatda akkauntun “Börteçine Siber Tim” türk haker qrupu tərəfindən qırıldığı qeyd edilir. Səhifədə, həmçinin, Türkiyə bayrağı və təyyarəsinin əks olunduğu, ingilis və türkcə imzalanmış bir neçə fotoşəkillər yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR