Türkiyədə MİT-in 87 əməkdaşı işdən uzaqlaşdırılıb

Türkiyədə MİT-in 87 əməkdaşı işdən uzaqlaşdırılıb
# 27 sentyabr 2016 13:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyədə FETÖ əməliyyatı çərçivəsində Milli İstihbarat (kəşfiyyat) Təşkilatının (MİT) 87 əməkdaşı vəzifədən uzaqlaşdırılıb.

APA-nın “Hüriyet”ə istinadən verdiyi məlumata görə, 15 iyul tarixindəki çevriliş cəhdindən sonra şübhə duyulan 141 MİT əməkdaşından 100-ü ilə bağlı aparılan araşdırma başa çatıb. Onlardan 87-si orqandan xaric edilib. 52 nəfər haqqında hazırlanan dosye prokurorluğa göndərilib.

İşdən uzaqlaşdırılanların dövlət qurumlarında işə qəbulu qadağan olunub. 41 əməkdaş haqqında aparılan istintaq da yaxın günlərdə tamamlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR