Bank Of Baku

Aleksandr Səmədov futbolçu karyerasını başa vurub

Aleksandr Səmədov futbolçu karyerasını başa vurub
# 30 iyul 2019 13:25 (UTC +04:00)

Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov karyerasını başa vurub.

APA-nın məlumatına görə, bunu Azərbaycan əsilli yarımmüdafiəçinin özü açıqlayıb.

Karyerası ərzində “Lokomotiv”, “Spartak” və bir sıra digər klubların şərəfini qorumuş A.Səmədov karyerasını bitirməklə bağlı qərarını sosial şəbəkədə elan edib. “Ufa” klubundan təklif almasına baxmayaraq, yarımmüdafiəçi futbolçu kimi çıxışlarını başa vurmağa üstünlük verib: “Mənim əziz dostlarım, yaxınlarım, azarkeşlərim. O an gəldi, futbolçu kimi karyeramı başa vururam”.

Qeyd edək ki, A. Səmədov 2003-cü ildə Azərbaycan milli komandasına da çağırılıb, lakin heç bir rəsmi matçda meydana çıxmayıb. O, həmçinin yay transfer pəncərəsində Bakının “Sabah” klubundan da təklif alsa da, paytaxt təmsilçisinə gəlməkdən imtina edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR