FİFA-nın 2019-cu ilin ən yaxşılarını mükafatlandırma mərasimi davam edir.
APA-nın məlumatına görə, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında baş tutan tədbirdə ilin qapıçısı açıqlanıb.
Bu mükafata Allison Bekker (Braziliya, “Liverpul”) layiq görülüb. O, digər namizədlər Ederson (Braziliya, “Mançester Siti”) və Andre Ter-Şteqeni (Almaniya, “Barselona”) arxada qoyub.
Mərasimdə həmçinin bir sıra digər mükafatlar da sahiblərini tapıb.
FİFA-nın ən yaxşı azarkeş mükafatı braziliyalı Silviya Qrekkoya verilib. O, görmə qabiliyyətini itirən oğluna oyunların gedişatını bəhs etdiyi üçün bu mükafata layiq görülüb.
Ən yaxşı qadın qapıçı mükafatına Sari van Vinendal yiyələnib. O, 2018-ci ilin yayında “Arsenal”dan “Atletiko”ya keçən Hollandiya yığmasının qapıçısıdır.
Feyr-pley mükafatı isə İngiltərənin “Lids” klubuna təqdim olunub.
Alisson Bekker ilin ən yaxşı qapıçısı seçilib
23 sentyabr 2019 23:39 (UTC +04:00)
Futbol
Futbol üzrə Avropa çempionatına komandalar 26 oyunçu ilə qatıla biləcəklər
21:05
3 may 2024
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib
01:16
3 may 2024
UEFA Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub edib
01:04
3 may 2024
Kurtua Avropa çempionatında iştirak etməyəcək
11:14
2 may 2024