“İlk oyun olduğu üçün hər iki komanda ehtiyatlı davranacaq. Lakin istənilən halda azarkeşlər yaxşı, məzmunlu şou izləyəcəklər”.
APA-nın məlumatına görə, bunu “Qarabağ” klubunun sabiq futbolçusu Ansi Aqolli deyib.
Hazırda karyerasını ABŞ-da davam etdirən albaniyalı müdafiəçi Çempionlar Liqasının I təsnifat mərhələsinin “Partizani” ilə Tiranadakı görüşü barədə fikirlərini açıqlayıb: “Qarşımızda iki ölkənin çempionu var. “Qarabağ” daha təcrübəlidir və uğurları da var. Düşünmürəm ki, “Partizani”nin mənim məsləhətlərimə ehtiyacı var. “Partizani” rəqibin gücünü yaxşı bilir. Bu iki komanda bir-birinə ideal şəkildə uyğun gəlir. Belə bir matçda istənilən bir səhv baha başa gələ bilər”.