Bank Of Baku

Antonio Konte “İnter”in tarixinə düşüb

Antonio Konte “İnter”in tarixinə düşüb
# 26 sentyabr 2019 10:31 (UTC +04:00)

İtaliyanın “İnter” klubu A seriyasında qələbə seriyasını 5-ə çatdırıb.

APA-nın məlumatına görə, V turda “Latsio”nu 1:0 hesabı ilə məğlub edən Milan təmsilçisinin çalışdırıcısı klub tarixinə yeni rekordla düşüb.

O, “İnter”in baş məşqçisi kimi ilk 5 oyununda uduzmayan ilk mütəxəssis olub. Bu ilin yayında komandanın “sükanı arxası”na keçən A.Kontenin yetirmələri əvvəlki turlarda “Leççe”, “Udineze”, “Kalyari” və “Milan”a qalib gəliblər.

Qeyd edək ki, 5 turdan sonra 15 xalla 1-ci pillədə qərarlaşan “İnter” ən yaxın izləyicisi “Yuventus”u iki xal qabaqlayır. Milanlılar sentyabrın 28-də VI tur çərçivəsində “Sampdoriya” ilə üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR