Bank Of Baku

APOEL-in baş məşqçisi “Qarabağ”ı izləmək üçün Bakıya gəlib

APOEL-in baş məşqçisi “Qarabağ”ı izləmək üçün Bakıya gəlib
# 31 iyul 2019 11:31 (UTC +04:00)

Kiprin APOEL klubunun baş məşqçisi Paolo Tramezzani Azərbaycana gəlib.

APA-nın məlumatına görə, italiyalı mütəxəssisin Bakı səfərinin məqsədi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Dandolk” (İrlandiya) matçını izləməkdir.

Nikosiya klubunun çalışdırıcısı III təsnifat mərhələsindəki rəqibin müəyyənləşəcəyi görüşü canlı izləməyi məqsədəuyğun sayıb. Dünən Monteneqronun “Sutyeska” komandasını evdə 3:0 hesabı ilə yenən APOEL artıq bu mərhələyə vəsiqə qazanıb.

P.Tramezzani görüşdən dərhal sonra Bakıya yollanıb.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Dandolk” matçı saat 21:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR