“Öz səhvlərimizdən dərs götürməliyik”.
APA-nın məlumatına görə, bunu Kiprin APOEL klubunun futbolçusu Andre Cuna Vidiqal deyib.
O, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la evdəki ilk görüşü barədə fikirlərini açıqlayıb: “Üzərində çalışmalı olduğumuz bəzi komponentlər var. Biz evdə qalib gələ bilmədik. Lakin mərhələ keçmək üçün mübarizə aparacağıq. Belə mübarizəyə 95 faiz hazırıq. Bu, bizim komandadır. Biz son dəqiqəyə qədər mübarizə aparırıq”.
Qeyd edək ki, “Qarabağ” APOEL üzərində 2:1 hesablı qələbə qazanıb.