Bank Of Baku

APOEL-lə oyunda “Qarabağ” favorit sayılmır

APOEL-lə oyunda “Qarabağ” favorit sayılmır
# 06 avqust 2019 14:20 (UTC +04:00)

Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb. 

APA-nın məlumatına görə, bukmekerlər Azərbaycan çempionunu mövsümdə ilk dəfə favorit hesab etmirlər. 

Nikosiyada bu gün baş tutacaq qarşılaşmada APOEL-in qələbəsi 2,01 əmsalla qiymətləndirilibsə, “Qarabağ”ın qalib gəlməsinə 4,44 əmsal verilib. Saat 21:00-da start götürəcək görüşdə heç-heçə əmsalı isə 3,19-dur. 

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR