Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanlarının qoyulması mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanlarının qoyulması mərasimi keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 22 fevral 2018 08:35 (UTC +04:00)

Bu gün Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması mərasimi keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının üzvləri iştirak edib.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev, xarici işlər nazirinin müavini, Azərbaycan və Rusiya arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiyanın Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri general-leytenant Aleksey Buyerov çıxış ediblər.

Dövlət sərhədinin demarkasiyası işlərinin ən yaxın zamanda uğurla başa çatdırılacağı qeyd olunub.

***

Saat 10:13

Bu gün Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanlarının qoyulması mərasimi keçiriləcək.

APA-nın şimal bürosunun məlumatına görə, tədbir “Zuxul” sərhəd-buraxılış məntəqəsində təşkil olunacaq. Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri iştirak edəcək.


Qeyd edək ki, bir müddət öncə xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyasına dair növbəti görüşün fevralın 20-dən sonra keçiriləcəyi və 1-ci sərhəd nişanlarının qoyuluş mərasiminin barədə məlumat vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR