İngiltərənin “Arsenal” klubu baş məşqçi Unai Emerinin qarşısına sərt tələb qoyub.
APA-nın məlumatına görə, London təmsilçisinin rəhbərliyi ispaniyalıdan komandanı Çempionlar Liqasına çıxarmağı istəyib.
Mövsümün sonunda vəzifənin öhdəsindən gəlinməsə, mütəxəssis istefaya göndəriləcək. Bu şərtin yerinə yetməsi üçün “topçular” Premyer Liqada ilk 4 pillədən birini tutmalıdır. “Arsenal” bunu bacarmasa, yalnız Avropa Liqasının qalibi olmaqla qitənin ən nüfuzlu klub turnirinə düşə bilər.
Qeyd edək ki, hazırda “Arsenal” 15 xalla 3-cü yerdədir.
"Arsenal” rəhbərliyi Unai Emerinin qarşısına tələb qoyub
12 oktyabr 2019 19:41 (UTC +04:00)