Bank Of Baku

"Arsenal"ın baş məşqçisi: "Neftçi"nin növbəti mərhələdə şanslarını yüksək qiymətləndirirəm"

"Arsenal"ın baş məşqçisi: "Neftçi"nin növbəti mərhələdə şanslarını yüksək qiymətləndirirəm"
# 01 avqust 2019 23:19 (UTC +04:00)

“İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Amma bu hesabın dəyişməsinə gətirib çıxarmadı”. 

APA-nın məlumatına görə, bunu Tulanın “Arsenal” futbol klubunun baş məşqçisi İqor Çerevçenko deyib.

Rusiya təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”yə Bakıda da məğlub olaraq (0:3), avrokubokla vidalaşıb.

Oyunsonrası mətbuat konfransında 45 yaşlı mütəxəssis bildirib ki, futbolçuları imkanlarından yararlana bilməyib: “Neftçi” vurduğu qolların sayəsində mərhələ adladı. Düşünmürəm ki, bizim oyunçuların təcrübəsizliyi həlledici oldu. Futbolçularımız milli komandalarda oynayırlar, onlar üçün avrokubokda debütümüz problem yaratmamalıdır".

- İlk oyundan sonra “Neftçi”nin sərt futbol oynadığını demişdiniz. Amma bu gün sizin oyunçular kobudluğa daha çox yer verdi...
- Mən bu barədə heç nə deməmişəm. Bu gün də belə bir şey görmədim. İki komanda bir-biri ilə mübarizə aparırdı.

- Hər hansı bir futbolçunun qarşısında belə bir məqsəd var idi ki, meydanda liderlik etsin və sizin belə tapşırığınız olmuşdumu?
- Məğlubiyyətə görə məsuliyyəti mən daşıyıram. Futbolçuların isə hər biri meydanda lider olmalıdır.

- “Neftçi”nin növbəti mərhələdə şansını necə görürsünüz?
- “Neftçi” təcrübəli komandadır. Təbii ki, şanslarını yüksək qiymətləndirirəm. Baş məşqçiləri vaxtilə “Şerif”də çalışıb və onlar Avropa Liqasının qrup mərhələsində oynayıblar. “Neftçi”yə uğurlar arzulayıram. Bu turnirdə nə qədər irəliləsələr, azarkeşləri üçün daha yaxşı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR