Hollandiya millisinin sabiq futbolçusu Aryen Robben məşqçilik fəaliyyətinə başlayıb.
Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bavariya” klubunun keçmiş yarımmüdafiəçisi bu ölkənin “Qryunvald” klubunda işləməyə start verib.
O, klubun 7-8 yaşlılardan ibarət komandası ilə çalışır. Bu komandada A.Robbenin oğlu Kay da hazırlıq keçir.
Balaca futbolçu da atası kimi 10 nömrəli forma geyinir. Onunla yanaşı, Frank Riberinin oğlu və Karl-Hayns Rummeniggenin nəvəsi də bu komandada məşq edir.
Qeyd edək ki, hollandiyalı bu ilin yayında futbolçu karyerasını bitirməyə qərar verib.