Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.
APA-nın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsində mübarizə aparan yığma E qrupunda VI turunda qüvvəsini sınayıb.
Nikola Yurçeviçin baş məşqçisi olduğu komanda Xorvatiya ilə görüşüb. Buna qədər keçirdiyi bütün qarşılaşmalarda uduzan milli son dünya çempionatının gümüş mükafatçısı ilə görüşə ilk xal üçün çıxıb.
Oyunun əvvəlində Luka Modriç penalti zərbəsini qola çevirib. 2018-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilən yarımmüdafiəçi bununla öz ad gününə hədiyyə edib.
Buraxılan qoldan sonra yığmamız bir neçə yaddaqalan hücum təşkil etsə də, Zlatko Daliçin komandası daha çox real qol vəziyyəti yaradıb. Lakin millidə debüt edən Emil Balayev dəfələrlə komandamızı qoldan xilas edib.
İkinci hissədə də fəal olan futbolçularımız hücumlarını davam etdirib. Komandamız matç ərzində iki dəfə qaydalar çərçivəsindən kənar şəkildə rəqib qapısına yol tapıb ki, bunlardan birində hakimə sərt etiraz edən qapıçılar üzrə məşqçi Dmitri Kramarenkoya da xəbərdarlıq edilib.
Cari tsiklin bütün matçlarında qol sevinci yaşayan yığma bu dəfə də azarkeşlərini sevindirməyə imkan tapıb. Əvvəlki qarşılaşmalarda Mahir Emreli və Ramil Şeydayev hərəyə iki dəfə fərqlənmişdisə, bu dəfə Təmkin Xəlilzadə qol sevinci yaşayıb. O, rəqibin üç futbolçusundan sıyrılaraq üz-üzə qaldığı qapıçını qarşısıalınmaz zərbə ilə məyus edib – 1:1.
Bununla da yığmamız seçmə mərhələdə ilk xalını qazanıb. Ardıcıl 5 qarşılaşmada qol vuran komandamız məğlubiyyət seriyasını da dayandırıb. Bu, komandamızın Xorvatiya ilə ev görüşlərindəki ikinci heç-heçəsidir. Dörd il əvvəl digər xorvatiyalı Robert Prosineçkinin baş məşqçi olduğu vaxt 0:0 hesabı qeydə alınmışdısa, Nikola Yurçeviç qollu heç-heçəyə sevinib.
Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Slovakiyanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, VI tur
9 sentyabr
20:00. Azərbaycan – Xorvatiya - 1:1
Qollar: Modriç, 11 (pen) - Xəlilov, 73
Baş hakim: Sandro Şarer (İsveçrə)
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda
Baş məşqçi: Nikola Yurçeviç
Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartoleç
Ehtiyat oyunçular: 12. Lovre Kaliniç, 23. Simon Sluqa, 2. Miyo Çaktaş, 5. Matey Mitroviç, 7. Yosip Brekalo, 8. Marko Roq, 9. Mislav Orşiç, 14. Mile Şkoriç, 15. Mario Paşaliç, 16. Tin Yedvay, 17. Dario Melnyak, 18. Milan Badel
Baş məşqçi: Zlatko Daliç
Bakı. “Bakcell Arena” stadionu
|
1 |
Xorvatiya |
5 |
3 |
1 |
1 |
10-5 |
10 |
|
2 |
Macarıstan |
4 |
3 |
0 |
1 |
6-4 |
9 |
|
3 |
Uels |
4 |
2 |
0 |
2 |
4-4 |
6 |
|
4 |
Slovakiya |
4 |
2 |
0 |
2 |
7-6 |
6 |
|
5 |
Azərbaycan |
5 |
0 |
1 |
4 |
5-13 |
1 |
***
Saat. 21:31
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya matçında hesab dəyişib.
APA-nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma Bakıda keçirilən qarşılaşmada hesabı bərabərləşdirib. Komandamızın heyətində 73-cü dəqiqədə Təmkin Xəlilzadə fərqlənib - 1:1.
***
Saat. 21:03
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya matçında ikinci hissə başlayıb.
APA-nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma 0:1 hesabı ilə məğlub durumdadır.
***
Saat. 20:47
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya matçında ilk hissə yekunlaşıb.
APA-nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma fasiləyə 0:1 hesabı ilə məğlub durumda yollanıb. Yeganə qolu Luka Modriç penaltidən vurub.
***
Saat. 20:12
Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Xorvatiya ilə görüşdə hesabda geri düşüb.
APA-nın məlumatına görə, Bakıda keçirilən matçda qonaqlar hesabı açıblar. Görüşün 11-ci dəqiqəsində Luka Modriç penaltidən fərqlənib.
***
Saat. 20:00
AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda VI tur start götürüb.
APA-nın məlumatına görə, Azərbaycan milli komandası da bu gün növbəti matçına çıxıb.
Keçirdiyi dörd qarşılaşmadan sonra xal qazana bilməyən yığma Xorvatiya ilə görüşür. Qarşısına final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulan Nikola Yurçeviçin yetirmələri AVRO-2020 şanslarını tamamilə itirməməsi üçün mütləq qalib gəlməlidir.
Milli bu gün xal qazana bilməsə final mərhələsinə nəzəri şanslarını da itirəcək. Səfərdə Xorvatiya və Uelsə 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə məğlub olan N.Yurçeviçin yetirmələri qol seriyasını davam etdirib, məğlubiyyətlərə son verməyə çalışacaq.
Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Slovakiyanı qəbul edəcək.
AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, VI tur
9 sentyabr
20:00. Azərbaycan – Xorvatiya
Baş hakim: Sandro Şarer (İsveçrə)
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda
Baş məşqçi: Nikola Yurçeviç
Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartoleç
Ehtiyat oyunçular: 12. Lovre Kaliniç, 23. Simon Sluqa, 2. Miyo Çaktaş, 5. Matey Mitroviç, 7. Yosip Brekalo, 8. Marko Roq, 9. Mislav Orşiç, 14. Mile Şkoriç, 15. Mario Paşaliç, 16. Tin Yedvay, 17. Dario Melnyak, 18. Milan Badel
Baş məşqçi: Zlatko Daliç
Bakı. “Bakcell Arena” stadionu
|
1 |
Macarıstan |
4 |
3 |
0 |
1 |
6-4 |
9 |
|
2 |
Xorvatiya |
4 |
3 |
0 |
1 |
9-4 |
9 |
|
3 |
Uels |
4 |
2 |
0 |
2 |
4-4 |
6 |
|
4 |
Slovakiya |
4 |
2 |
0 |
2 |
7-6 |
6 |
|
5 |
Azərbaycan |
4 |
0 |
0 |
4 |
4-12 |
0 |