AVRO-2020-nin seçmə mərhələsi davam edir.
APA-nın məlumatına görə, VII turun ikinci oyun günündə yeddi qarşılaşma keçirilib.
Qonşu Türkiyə yığması Albaniyanı qəbul edib. Final mərhələsinə vəsiqəyə iddialı olan “ay-ulduzlular” qələbə qolunu son dəqiqələrdə vurublar. H qrupunun favoriti Fransa səfərdə İslandiyanı bir qolla məğlub edib. Andorra isə Moldova ilə matçda ilk qələbəsinə sevinib.
B qrupunda favoritlər qələbə qazanıblar. Ukrayna Litvanı, Portuqaliya Lüksemburqu yenərək final mərhələsinə bir addım da yaxınlaşıblar.
AVRO-2020-yə vəsiqəni indidən təmin etmək üçün qalib gəlməli olan İngiltərə Çexiyaya uduzub. Bu qrupun digər matçında Monteneqro Bolqarıstanla bərabərə qalıb.
Qeyd edək ki, seçmə mərhələnin VII oktyabrın 12-də başa çatacaq.
AVRO-2020-nin seçmə mərhələsi
VII tur
11 oktyabr
A qrupu
22:45. Monteneqro – Bolqarıstan – 0:0
22:45. Çexiya – İngiltərə - 2:1
Brabets, 9, Ondrasek, 85 – Keyn, 5 (pen.)
1 |
İngiltərə |
5 |
4 |
0 |
1 |
20-6 |
12 |
2 |
Çexiya |
6 |
4 |
0 |
2 |
11-9 |
12 |
3 |
Kosovo |
5 |
2 |
2 |
1 |
10-10 |
8 |
4 |
Monteneqro |
6 |
0 |
3 |
3 |
3-13 |
3 |
5 |
Bolqarıstan |
6 |
0 |
3 |
3 |
5-11 |
3 |
Növbəti turun oyunları oktyabrın 14-də keçiriləcək: Kosovo – Monteneqro, Bolqarıstan - İngiltərə.
B qrupu
22:45. Ukrayna – Litva – 2:0
Malinovski, 29, 58
22:45. Portuqaliya – Lüksemburq – 3:0
B.Silva, 16, Ronaldo, 65, Qedeş, 89
1 |
Ukrayna |
6 |
5 |
1 |
0 |
13-1 |
16 |
2 |
Portuqaliya |
5 |
3 |
2 |
0 |
13-4 |
11 |
3 |
Serbiya |
5 |
2 |
1 |
2 |
10-12 |
7 |
4 |
Lüksemburq |
6 |
1 |
1 |
4 |
5-11 |
4 |
5 |
Litva |
6 |
0 |
1 |
5 |
4-17 |
1 |
Növbəti turun oyunları oktyabrın 14-də keçiriləcək: Ukrayna – Portuqaliya, Litva – Serbiya.
H qrupu
22:45. Türkiyə - Albaniya – 1:0
Tosun, 90
22:45. İslandiya – Fransa – 0:1
Jiru, 66 (pen.)
22:45. Andorra – Moldova – 1:0
Vales, 63
1 |
Türkiyə |
7 |
6 |
0 |
1 |
15-2 |
18 |
2 |
Fransa |
7 |
6 |
0 |
1 |
20-4 |
18 |
3 |
İslandiya |
7 |
4 |
0 |
3 |
10-10 |
12 |
4 |
Albaniya |
7 |
3 |
0 |
4 |
10-10 |
9 |
5 |
Andorra |
7 |
1 |
0 |
6 |
1-14 |
3 |
6 |
Moldova |
7 |
1 |
0 |
6 |
2-18 |
3 |
Növbəti turun oyunları oktyabrın 14-də keçiriləcək: Moldova – Albaniya, İslandiya – Andorra, Fransa – Türkiyə.