Bank Of Baku

Avrokubokda uğursuzluq yaşayan azərbaycanlı qapıçının maaşı azaldılıb

Avrokubokda uğursuzluq yaşayan azərbaycanlı qapıçının maaşı azaldılıb
# 31 iyul 2019 15:48 (UTC +04:00)

Azərbaycan milli komandasının futbolçusu Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Tobol” klubundakı maaşı azaldılıb.

APA-nın məlumatına görə, bu barədə qərarı klub rəhbərliyi qəbul edib.

Avropa Liqasının I təsnifat mərhələsini adlaya bilməyən Kostanay təmsilçisi xərclərin optimallaşdırılmasına ehtiyac duyub. Lüksemburqun “Jeness” klubuna iki matçın nəticəsinə görə (0:0, 1::1) uduzan “Tobol”un rəhbərliyi bütün futbolçu və məşqçilərin maaşlarını azaltmağı məqsədəuyğun sayıb.

Bunu klubun direktoru Nikolay Panin açıqlayıb. O bildirib ki, oyunçular bu qərarla razılaşıblar: “Avropa Liqası başlamazdan əvvəl də xərclərin optimallaşdırılmaq niyyətində idik. Lakin avrokubokda iki mərhələ adlamaq hesabına bu zərurətdən yan keçə bilərdik. UEFA-dan gələcək vəsait və əlavə gəlirlər buna imkan yaradacaqdı. Lakin artıq ilk raundda mübarizəni dayandırdığımız üçün futbolçulara maaşlarının optimallaşdırmağı təklif etdik. Bununla razılaşmayan baş məşqçi Vladimir Qazzayev, köməkçiləri və bəzi rəsmilərlə yollarımızı ayırmağa məcbur olduq. Futbolçuların hamısı bu optimallaşma ilə razılaşdı”.

Qeyd edək ki, “Jeness”lə hər iki görüşdə komandanın qapısını məhz E.Balayev qoruyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR