Avropa Liqasında III təsnifat mərhələsinə start verilib.
APA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində üç qarşılaşma baş tutub.
Meydana çıxan bütün komandalar qol vurmağa nail olublar. Ev sahibləri günü qələbəsiz başa vurublar.
Yalnız “Riqa” HİK-lə heç-heçə edib. Səfərdə oynayanlardan “Saburtalo” “Ararat”ı, “Linfild” “Sutyeska”nı 2:1 hesabı ilə məğlub edib.
Yeri gəlmişkən, sonuncu cütün qalibi pley-offda Çempionlar Liqasının APOEL – “Qarabağ” duelində uduzan komanda ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk oyunlara avqustun 8-də yekun vurulacaq.
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
Çempionlar yolu
6 avqust
19:00. "Ararat" (Ermənistan) - "Saburtalo" (Gürcüstan) – 1:2
20:00. "Riqa" (Latviya) - HİK (Finlandiya) – 1:1
22:15. "Sutyeska" (Monteneqro) – “Linfild" (Şimali İrlandiya) – 1:2