Bank Of Baku

Avropa Liqası: “Qəbələ” və “Neftçi” avrokubok sınağına çıxacaq

Avropa Liqası: “Qəbələ” və “Neftçi” avrokubok sınağına çıxacaq
# 25 iyul 2019 01:15 (UTC +04:00)

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

APA-nın məlumatına görə, Azərbaycanın iki klubu meydana çıxacaq.

Yarışa bu mərhələdən başlayan “Qəbələ” Gürcüstan “Dinamo”su ilə görüşəcək. Mövsümdə ilk matçına çıxacaq Sənan Qurbanovun yetirmələri dörd il öncə adladıqları rəqibi mübarizədən kənarlaşdırmağa çalışacaq.

Bunun üçün “qırmızı-qaralar” evdə keçirilən ilk görüşdə sərfəli nəticə əldə etməlidir. Əvvəlki illərlə müqayisədə heyəti xeyli dəyişən əyalət klubu əsasən yerli futbolçulardan təşkil olunan komanda ilə Tbilisi təmsilçisini yenmək iddiasındadır.

“Neftçi”ni isə səfər sınağı gözləyir. Bakılılar Rusiyada “Arsenal”la görüşəcək. Tula təmsilçisini avrokuboklardakı debütdə dayandırmaq əzmində olan Roberto Bordinin yetirmələri ilk matçda uduzmamağa çalışacaq.

İlk raundda qapısından qol buraxmayan “ağ-qaralar” seriyanı Tulada davam etdirməyə köklənib. Məhsuldar oyunu ilə azarkeşlərini sevindirən paytaxt futbolçuları səfərdə rəqib qapısına yol tapmaqla növbəti mərhələ şanslarını da artıra bilər.

Qeyd edək ki, “Qəbələ” – “Dinamo” oyunu saat 19:00, “Arsenal” – “Neftçi” görüşü 21:00-da başlayacaq.

Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
25 iyul

19:00. “Qəbələ” – “Dinamo” (Tbilisi, Gürcüstan)
Baş hakim: Nikolas Uolş
Baş hakimin köməkçiləri: Alan Malvanni, Cordan Stokoe
Dördüncü hakim: Qavin Dunkan (hamısı Şotlandiya) 
Hakim-inspektor: Quy Qutals (Belçika) 
UEFA nümayəndəsi: Mixalis Mítas (Kipr) 
Qəbələ şəhər stadionu

21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi”
Baş hakim: Enea Yorqyi
Baş hakimin köməkçiləri: Ridiger Çokay, İlir Tartaray
Dördüncü hakim: Klaydi Kola (hamısı Albaniya) 
Hakim-inspektor: Pavel Salıy (Qazaxıstan) 
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Tula. “Arsenal” mərkəzi stadionu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR