Avropa Liqasında III təsnifat mərhələsi davam edir.
APA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində daha bir matç keçirilib.
Günün yeganə qarşılaşması Slovakiyada baş tutub. Çempionlar Liqasının uğursuzları “Slovan”la “Dandolk” görüşüb. Matçın taleyini meydan sahiblərinin vurduğu bir top həll edib.
Qeyd edək ki, ilk oyunlara avqustun 8-də yekun vurulacaq.
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
Çempionlar yolu
7 avqust
22:15. "Slovan" (Slovakiya) - "Dandolk" (İrlandiya) – 1:0