Avropa Liqasının Çempionlar yolunun III təsnifat mərhələsinin daha iki cütü bəlli olub.
APA-nın məlumatına görə, Çempionlar Liqasının uğursuzlarının qatıldığı yolda artıq 5 cüt dəqiqləşib.
Bunlar “Slovan” (Slovakiya) – “Dandolk” (İrlandiya) və “Sarayevo” (Bosniya və Herseqovina) – BATE (Belarus) cütləridir. Digər 5 cüt isə bu gün bilinəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.
Avropa Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
“Makkabi” (Təl-Əviv, İsrail) - "Suduva" (Litva)
"Ararat" (Ermənistan) - "Saburtalo" (Gürcüstan)
"Düdelanj" (Lüksemburq) - "Nomme Kalyu" (Estoniya)
“Slovan” (Slovakiya) – “Dandolk” (İrlandiya)
“Sarayevo” (Bosniya və Herseqovina) – BATE (Belarus)