Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.
APA-nın məlumatına görə, UEFA qrup mərhələsinin III turunda fərqlənən 4 oyunçunu fərqləndirib.
Bunlar Nikolas Pepe (Arsenal), Ussama İdrissi (AZ), Ryan Kristi (Seltik) və Franko Vaskesdir (Sevilya). Turun ən yaxşısı azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.