Bank Of Baku

Avropa Liqasında III təsnifat mərhələsinin cütləri müəyyənləşib

Avropa Liqasında III təsnifat mərhələsinin cütləri müəyyənləşib
# 02 avqust 2019 01:38 (UTC +04:00)

Avropa Liqasında III təsnifat mərhələsinin cütlərinin tərkibi dəqiqləşib.

APA-nın məlumatına görə, II təsnifat mərhələsinin başa çatmasından sonra növbəti raundda üz-üzə gələcək komandalar bəlli olub.

Bu mərhələdə 36 cüt mübarizə aparacaq. Bunlardan 10-u Çempionlar yolu, digərləri Əsas yol üzrə qüvvəsini sınayacaq.

III təsnifat mərhələsindəki yeganə Azərbaycan təmsilçisi “Neftçi”dir. Bakılılar İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu mərhələnin matçları avqustun 8-də və 15-də keçiriləcək. “Neftçi” öncə evdə, ardınca səfərdə oynayacaq.

Avropa Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

"Sutyeska" (Monteneqro) – “Linfild" (Şimali İrlandiya)
“Makkabi” (Təl-Əviv, İsrail) - "Suduva" (Litva)
"Ararat" (Ermənistan) - "Saburtalo" (Gürcüstan)
"Riqa" (Latviya)  - HİK (Finlandiya)
"Lüdoqorets" (Bolqarıstan) - TNS (Uels)
“Sarayevo” (Bosniya və Herseqovina) - BATE (Belarus)
"Düdelanj" (Lüksemburq) – “Nomme Kalyu" (Estoniya)
"Astana" (Qazaxıstan) - "Valletta" (Malta)
"Şerif" (Moldova) - AIK (İsveç)
"Slovan" (Slovakiya) - "Dandolk" (İrlandiya)

Əsas yol
“Norçepinq” (İsveç)i - “Hapoel Bier-Şeva” (İsrail)
“Torino” (İtaliya) - “Şaxtyor” (Belarus)
“Austriya” (Vyana, Avstriya) – “Apollon” (Kipr)
“Antverpen” (Belçika) - “Viktoriya” (Çexiya)
“Feyenoord” (Hollandiya) – “Dinamo" (Gürcüstan)
"Brondbü" (Danimarka) - “Braqa” (Portuqaliya)
“Mölde” (Norveç) - “Aris” (Yunanıstan)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Strasburq” (Fransa)
“Tyun” (İsveçrə) - “Spartak” (Moskva, Rusiya)
"Styaua" (Rumıniya) - “Mlada Boleslav” (Çexiya)
“Pünik” (Ermənistan) - “Vulverhempton” (İngiltərə)
“Midtyulland” (Danimarka) - “Reyncers” (Şotlandiya)
“Mariupol” (Ukrayna) - “Alkmaar” (Hollandiya)
AEK (Kipr) - “Gent” (Belçika)
“Legiya” (Polşa) - “Atromitos” (Yunanıstan)
“Hoqesun” (Norveç) - PSV (Holldnaiya)
“Riyeka” (Xorvatiya) - "Aberdin" (Şotlandiya)
“Ventspils” (Latviya) – “Vitoriya” (Portuqaliya)
“Vaduts” (Lixtenşteyn) - “Ayntraxt” (Almaniya)
“Partizan” (Serbiya) - “Yeni Malatyaspor” (Türkiyə)
“Malmö” (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina)
MOİK (Bolqarıstan) - “Zarya” (Ukrayna)
“Neftçi” (Azərbaycan) - “Bney Yehuda” (İsrail)
“Lütsern” (İsveçrə) - “Espanyol” (İspaniya)
“Sparta” (Çexiya) - “Trabzonspor” (Türkiyə)
"Universitatya” (Krayova, Rumıniya) - AEK (Yunanıstan)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR