Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.
APA-nın məlumatına görə, cavab oyunları çərçivəsində 21 qarşılaşma keçirilib.
Bu matçlardan sonra qrup mərhələsinə son vəsiqələr sahiblərini tapıb. 8 komanda Çempionlar yolunda, 13 komanda Əsas yolda qrupa yüksəlib.
Azərbaycan çempionu “Qarabağ” Şimali İrlandiya təmsilçisi “Linfild”i səfər qolu sayəsində mübarizədən kənarlaşdırıb. İlk oyunda 2:3 hesabı ilə uduzan ağdamlılar evdə lazımi nəticəni əldə edib – 2:1.
Türkiyə təmsilçisi “Trabzonspor” isə Yunanıstan AEK-ini keçib. Səfərdə 3:1 hesablı qələbə qazanan Super Liqa təmsilçisi evdə iki top fərqilə uduzub. Türkiyə klubu rəqib meydanında daha çox qol vurduğu üçün mərhələ adlayıb.
Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunları
29 avqust
Çempionlar yolu
20:00. “Qarabağ” (Azərbaycan) – “Linfild" (Şimali İrlandiya) – 2:1
İlk oyun - 2:3
20:45. "Riqa" (Latviya) – “Kopenhagen” (Danimarka) – 1:0
İlk oyun - 1:3
21:00. BATE (Belarus) – "Astana" (Qazaxıstan) – 2:0
İlk oyun - 0:3
21:00. PAOK (Yunanıstan) – "Slovan" (Slovakiya) – 3:2
İlk oyun - 0:1
21:00. AIK (İsveç) – "Seltik" (Şotlandiya) – 1:4
İlk oyun - 0:2
22:00. "Düdelanj" (Lüksemburq) – "Ararat" (Ermənistan) – 2:1, pen.5:4
İlk oyun - 1:2
22:00. "Ferensvaroş" (Macarstan) – "Suduva" (Litva) – 4:2
İlk oyun - 0:0
22:15. “Maribor” (Sloveniya) – "Ludoqorets" (Bolqarıstan) – 2:2
İlk oyun – 0:0
Əsas yol
21:00. “Bney Yehuda” (İsrail) – “Malmö” (İsveç) – 0:1
İlk oyun - 0:3
21:00. “Apollon” (Kipr) – PSV (Hollandiya) – 0:4
İlk oyun - 0:3
21:00. “Zarya” (Ukrayna) – “Espanyol” (İspaniya) – 2:2
İlk oyun - 1:3
21:00. “Molde” (Norveç) – “Partizan” (Serbiya) – 1:1
İlk oyun - 1:2
21:15. “Spartak” (Moskva, Rusiya) – “Braqa” (Portuqaliya) – 1:2
İlk oyun - 0:1
21:30. “Hapoel Bier-Şeva” (İsrail) – “Feyenoord” (Hollandiya) – 0:3
İlk oyun - 0:3
21:30. “Antverpen” (Belçika) – “Alkmaar” (Hollandiya) – 1:4
İlk oyun - 1:1
21:30. “Trabzonspor” (Türkiyə) – AEK (Yunanıstan) – 0:2
İlk oyun - 3:1
22:00. “Riyeka” (Xorvatiya) – “Gent” (Belçika) – 1:1
İlk oyun – 1:2
22:30. “Ayntraxt” (Almaniya) – “Strasburq” (Fransa) – 3:0
İlk oyun - 0:1
22:45. “Reyncers” (Şotlandiya) – “Legiya” (Polşa) – 1:0
İlk oyun - 0:0
22:45. “Vulverhempton” (İngiltərə) – “Torino” (İtaliya) – 2:1
İlk oyun - 3:2
23:00. “Vitoriya” (Portuqaliya) – "Styaua" (Rumıniya) – 1:0
İlk oyun - 0:0