Bank Of Baku

Avropa Liqası sensasiyasız başlayıb - VİDEO

Avropa Liqası sensasiyasız başlayıb - VİDEO
# 10 iyul 2019 01:04 (UTC +04:00)

Avropa Liqasında I təsnifat mərhələsinə start verilib. 

APA-nın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub. 

Bu görüşlərdə sensasiya qeydə alınmayıb. Gözlənildiyi kimi, “Reyncers” səfərdə, MOİK evdə asan qələbə qazanıb. Onlar darmadağın sayəsində demək olar ki, cütün taleyini ilk oyunda həll ediblər. 

Digər matçda qonaqlar - "Hayduk" iki top fərqilə qalib gəlib. Onların da cavab qarşılaşmasında üstünlüyü əldən verəcəkləri inandırıcı görünmür. 

Qeyd edək ki, mərhələnin bir görüşü iyulun 10-da keçiriləcək. İlk oyunlar iyulun 11-dəki 43 matçla yekunlaşacaq. Azərbaycan təmsilçiləri “Səbail” və “Neftçi” də ilk qarşılaşmalarına çıxacaqlar. Cavab oyunları gələn həftə keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
9 iyul
“Sent Josefs” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya) - 0:4

Cek, 50, Ojo, 56, Qoldson, 68, Morelos, 77
“Qzira” (Malta) - "Hayduk" (Xorvatiya) - 0:2
Qyukso, 44, Dolsek, 90 
MOİK (Bolqarıstan) - "Titoqrad" (Monteneqro) - 4:0
Evandro, 40, Rodriques, 53, Geferson, 55, Malinov, 72

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR