Ötən mövsüm Gənclər Liqasında Azərbaycan çempionu olan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
APA-nın məlumatına görə, Azərbaycanın yarışdakı yeganə təmsilçisi Çempionlar yolunun I mərhələsinin cavab oyununda Kiprin APOEL klubunu qəbul edib.
Səfərdə keçirilən ilk maçta 1:1 hesablı heç-heçə edən Famil Xəlilovun yetirmələri doğma azarkeşlər önündə meydana çıxıblar. Qarşılaşmanın taleyini bir qol həll edib.
İkinci hissədə qələbə qoluna imza atan APOEL II mərhələyə yüksəlib. “Qəbələ” isə avrokubok mübarizəsini ev məğlubiyyəti ilə dayandırıb.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, cavab oyunu
24 oktyabr
“Qəbələ” – APOEL (Kipr) – 0:1
Qol: Giannis Satsias, 55
Baş hakim: Denis Şurman (Ukrayna)
Qəbələ şəhər stadionu
İlk oyun – 1:1