Bank Of Baku

Azərbaycan çempionu avrokubokda ikinci matçında da uduzub

Azərbaycan çempionu avrokubokda ikinci matçında da uduzub
# 10 oktyabr 2019 22:08 (UTC +04:00)

Futzal üzrə Azərbaycan çempionu “Araz” klubu avrokuboklarda növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Naxçıvan təmsilçisi Çempionlar Liqasının 2019/20 mövsümündə ikinci qarşılaşmasında “Benfika” komandası ilə üz-üzə gəlib. 

Oyun Portuqaliya çempionunun darmadağını ilə yekunlaşıb. Rəqib "Araz"a 7:0 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, əsas mərhələnin qarşılaşmalarının Belçikada keçirilən 2-ci qrupunda mübarizə aparan futzalçılarımız ilk matda ev sahiblərinin “Halle Qooik” klubuna 1:5 hesabı ilə uduzub. “Araz” qrupda son oyununu oktyabrın 12-də Ukraynanın “Xerson” klubuna qarşı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR