Sabah Azərbaycan Premyer Liqasında X tura start veriləcək.
APA-nın məlumatılna görə, üç gün davam edəcək turda turnir cədvəlindəki qonşular görüşəcəklər.
Öncə diqqətlər Azərbaycan derbisinə yönələcək. Ölkə çempionatlarının daimi iştirakçıları olan “Qarabağ”la “Neftçi” Bakı təmsilçisinin meydanında qarşılaşacaq. Azərbaycanın ən titullu klubu ev oyununda son illərin dəyişməz çempionunu dayandırmağa çalışacaq.
Ardıcıl 4 qələbə qazanan Roberto Bordinin yetirmələri artıq 29 oyundur uduzmayan “Qarabağ”ı məğlub edərək liderlə xal fərqini azaltmaq arzusundadır. Avropa Liqasının APOEL-lə səfərdəki vacib oyununu da düşünən Qurban Qurbanov prinsipial rəqibi də itkisiz keçməyə köklənib.
Turun ikinci günündə liderlərin izləyiciləri münasibətlərini aydınlaşdıracaq. “Keşlə”ni qəbul edəcək “Səbail” qalib gəlməklə rəqibinə yaxınlaşmağa çalışacaq. Ardıcıl 4 məğlubiyyət alan Aftandil Hacıyevin yetirmələri “qara zolaq”dan çıxmaq niyyətindədirlər.
Turun son günündə iki görüş baş tutacaq. Çempionatın autsayderləri “Sabah”la “Qəbələ” əyalət klubunun meydanında üz-üzə gələcək. “Sumqayıt” isə səfərdə “Zirə”nin qonağı olacaq.
Azərbaycan Premyer Liqası
X tur
1 noyabr (cümə)
“Neftçi” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”, 20:00
2 noyabr (şənbə)
“Səbail” – “Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”, 16:00
3 noyabr (bazar)
“Zirə” – “Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu, 15:00
“Qəbələ” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu, 17:00
|
1 |
Qarabağ |
9 |
8 |
1 |
0 |
19-2 |
25 |
|
2 |
Neftçi |
9 |
5 |
2 |
2 |
15-8 |
17 |
|
3 |
Keşlə |
9 |
4 |
3 |
2 |
11-5 |
15 |
|
4 |
Səbail |
9 |
3 |
1 |
5 |
8-14 |
10 |
|
5 |
Sumqayıt |
9 |
3 |
1 |
5 |
9-13 |
10 |
|
6 |
Zirə |
9 |
2 |
3 |
4 |
8-14 |
9 |
|
7 |
Sabah |
9 |
1 |
4 |
4 |
8-10 |
7 |
|
8 |
Qəbələ |
9 |
1 |
3 |
5 |
5-17 |
6 |
Bombardir: Lorenzo Frutos ("Keşlə") - 5 qol.