Bank Of Baku

Azərbaycan derbisində qalib müəyyənləşməyib

Azərbaycan derbisində qalib müəyyənləşməyib
# 01 noyabr 2019 21:59 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında X tura start verilib.

APA-nın məlumatılna görə, ilk oyun günündə bir matç keçirilib.

Premyer Liqanın liderləri “Qarabağ”la “Neftçi” Azərbaycan derbisində üz-üz gəliblər. Ölkə çempionatlarının daimi iştirakçıları Bakı klubunun meydanında qarşılaşıblar.

Görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, paytaxt klubu cüzi ərazi üstünlüyünə malik olub. Hər iki komandanın ifasında təhlükəli hücumların gerçəkləşdiyi matç qolsuz heç-heçə ilə başa çatıb. Qalibin müəyyənləşmədiyi oyundan sonra liderlə izləyicisi arasında xal fərqi dəyişməz qalıb.

Qeyd edək ki, turun digər oyunları noyabrın 2-3-də keçiriləcək. Sabah “Səbail” – “Keşlə”, ertəsi gün “Zirə” – “Sumqayıt” və “Qəbələ” – “Sabah” matçları baş tutacaq.

Azərbaycan Premyer Liqası
X tur
1 noyabr (cümə)

“Neftçi” – “Qarabağ” – 0:0
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov,  Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”, 20:00

1

Qarabağ

10

8

2

0

19-2

26

2

Neftçi

10

5

3

2

15-8

18

3

Keşlə

9

4

3

2

11-5

15

4

Səbail

9

3

1

5

8-14

10

5

Sumqayıt

9

3

1

5

9-13

10

6

Zirə

9

2

3

4

8-14

9

7

Sabah

9

1

4

4

8-10

7

8

Qəbələ

9

1

3

5

5-17

6

Bombardir: Lorenzo Frutos ("Keşlə") - 5 qol.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR